×
A
A
A
Sazlamalar

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizi səmimi-qəlbdən təbrik edirəm. Sizə, Azərbaycan Respublikasına və onun xalqına rifah, uğurlar və uzun ömür arzulayıram.
Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra bir çox çətinlikləri dəf edərək, uğurlu dövlət qurdu. Bu gün Azərbaycan Respublikası dünya birliyində ən layiqli yerlərdən birini tutmaqdadır.
Vurğulamaq istərdim ki, Gürcüstan ölkələrimiz arasında əsrlər boyu formalaşan nümunəvi dostluq əlaqələrinə və strateji tərəfdaşlığa çox böyük əhəmiyyət verir.
Bu əlamətdar gündə Gürcüstan ilə Azərbaycan Respublikası arasında mövcud olan sıx əməkdaşlığın daha da dərinləşməsinə töhfələr verməyə hazır olduğumu bir daha bildirirəm. Əminəm ki, birgə səylərimizlə, regionda sabitliyin möhkəmlənməsi və iqtisadi tərəqqinin təmin olunması üçün bundan sonra da bir çox səmərəli addımlar atacağıq.
Zati-aliləri, fürsətdən istifadə edərək, bir daha Sizə dərin ehtiramımı ifadə edir, Sizə və qardaş Azərbaycan xalqına cansağlığı, sülh, əmin-amanlıq, rifah diləyirəm.

 

İrakli Qaribaşvili
Gürcüstanın Baş naziri

Məktublar 2022-05-27 17:27:00