×
A
A
A
Sazlamalar

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 11 yoluxma faktı qeydə alınıb

Bakı, 27 may, AZƏRTAC

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 11 yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 746 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 987 nəfər müalicə olunaraq sağalıb, 9 min 712 nəfər vəfat edib. Aktiv xəstə sayı 47 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 163, bu günə qədər isə ümumilikdə 6 milyon 885 min 286 test icra olunub.

 

 

Səhiyyə 2022-05-27 17:10:00