×
A
A
A
Sazlamalar

Qafqazşünaslıq İnstitutunda 28 May - Müstəqillik Gününə həsr olunan dəyirmi masa keçirilib

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunda 28 May - Müstəqillik Gününə həsr olunan dəyirmi masa keçirilib.
Bu barədə AZƏRTAC-a Qafqazşünaslıq İnstitutundan məlumat verilib.
Tədbirdə geniş məruzə ilə çıxış edən institutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını şərtləndirən amillərdən, həyata keçirilən tədbirlərdən, Cənubi Qafqaz respublikaları arasındakı münasibətlərdən, Azərbaycan-Gürcüstan əməkdaşlığından və Cümhuriyyətin süqutunun səbəblərindən danışıb. Cümhuriyyət tarixindən alınacaq ibrət dərslərini təhlil edib. Qeyd edib ki, hələ sovet sisteminin, SSRİ-nin mövcud olmasına baxmayaraq Cümhuriyyət bayrağı ilk dəfə ulu öndər Heydər Əliyevin deputat olaraq sədrlik etdiyi Naxçıvan Muxtar Respublikası Ali Məclisində rəsmi olaraq dövlət bayrağı kimi qəbul edilib. Cümhuriyyət tarixinin öyrənilməsində ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanın əhəmiyyətini vurğulayıb. Bildirib ki, Cümhuriyyət xadimlərinin ruhları şaddır, çünki bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qüdrətli bir dövlətdir, torpaqlarını işğaldan azad edib.

Elm və təhsil 2022-05-27 16:55:00