Beyləqanlı gənclər narkomaniyaya “Yox” deyir
Beyləqan, 27 may, AZƏRTAC
Beyləqan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 1 nömrəli tam orta məktəbində “Gənclər narkomaniyaya yox deyir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon polis şöbəsinin rəisi, polis polkovniki Rüstəm Cəfərov tədbirdə çıxış edərək, müasir dövrümüzdə böyük təhlükəyə çevrilərək dünyanı təhdid edən narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. Narkotik vasitə istifadəçilərinin əhatələrində olan insanlara da ciddi təhlükələr yaratdığını qeyd edən rəis bu fəlakətlə mübarizə istiqamətində görülən işlər barədə geniş məlumat verib.
Digər çıxışçılar da şagirdləri bu bəladan uzaq durmağa, dərslərinə məsuliyyətlə yanaşmağa çağırıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Türkiyədə təcrübə keçmiş Mingəçevir Dövlət Universitetinin səkkiz əməkdaşı ilə görüş keçirilib
Şirvanda iki il öncə törədilən oğurluq hadisəsinin üstü açılıb VİDEO
Mingəçevir Dövlət Universitetində yaz semestrinin imtahan sessiyası uğurla davam edir