“TEKNOFEST Azərbaycan” festivalında tələbələr və şagirdlər “Sosial innovasiyalar” müsabiqəsində yarışırlar
Bakı, 27 may, AZƏRTAC
“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində sosialyönümlü texnologiyalar kateqoriyasına həsr olunan “Sosial innovasiyalar” müsabiqəsi davam edir. Müsabiqə iştirakçıları sosial innovasiya, sağlamlıq və ilk yardım kateqoriyaları üzrə öz innovativ həll yollarını təqdim edirlər.
AZƏRTAC xəbər verir ki, müsabiqənin məqsədi sosial məsuliyyət çərçivəsində texnoloji bilik və təcrübələrin inteqrasiya edilərək cəmiyyət üçün faydalı ola biləcək layihələrin ərsəyə gətirilməsidir. Bu sahələrdə innovasiya və texnologiyaları orijinal və milli resurslarla həyata keçirmək əsas hədəfdir.
Xatırladaq ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi tərəfindən Bakıda ilk dəfə təşkil olunan “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında “Baku Skills”, “Pilotsuz uçuş aparatları”, “ROBOTİKS”, “AgroTech”, “Sosial innovasiyalar”, “Həvəskar peyk modelləşdirilməsi”, “PLANER”, “Ətraf mühitin qorunması və bərpaolunan enerji mənbələri” olmaqla 8 müsabiqə keçirilir.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib