×
A
A
A
Sazlamalar

Ağdamda xidmətdə olarkən minaya düşən Daxili Qoşunların hərbi qulluqçusunun sağ ayağı amputasiya edilib

Bakı, 27 may, AZƏRTAC

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu 1997-ci il təvəllüdlü Ömərov Seyidağa Mirzəağa oğlu bu gün saat 11:40 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində xidmətdə olarkən minaya düşüb və partlayış nəticəsində ağır bədən xəsarəti alıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, o, dərhal xəstəxanaya yerləşdirilib, sağ ayağının dizdən aşağı ətrafı amputasiya edilib.
Hazırda onun vəziyyəti stabildir.

Hadisə 2022-05-27 16:17:00