×
A
A
A
Sazlamalar

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm İlham Heydər oğlu.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizin müdrik rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişafda sanballı uğurlar qazanıb və beynəlxalq aləmdə mövqelərini möhkəmləndirib.
İcazə verin, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq, Azərbaycanın gələcək inkişafı və tərəqqisi naminə məsul fəaliyyətinizdə tükənməz enerji və yeni-yeni uğurlar arzulayım.
Dərin hörmətlə,

 
Tatyana Anodina
Dövlətlərarası Aviasiya Komitəsinin sədri

Məktublar 2022-05-27 16:22:00