×
A
A
A
Sazlamalar

AMEA-nın Elmi irs şöbəsi ilə Qazaxıstanın Şərqşünaslıq İnstitutu arasında memorandum imzalanıb

Bakı, 27 may, AZƏRTAC

AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsi ilə Qazaxıstanın Şərqşünaslıq İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, Qazaxıstan Respublikasının R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Duysen Qalımjan və həmin institutun baş elmi işçisi dosent Dina Aytjanova AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsində olublar.
Elmi irs şöbəsinin müdiri dosent Zemfira Hacıyeva AMEA-da həyata keçirilmiş arxiv işləri haqqında qonaqlara məlumat verib, dostluq və işgüzar münasibətləri yüksək qiymətləndirib, Qazaxıstanla arxiv sahəsində ikitərəfli əlaqələrin möhkəmlənməsinin müsbət tərəflərini vurğulayıb. Sazişin hər iki tərəf üçün faydalı olacağını bildirib.
Duysen Qalımjan təmsil etdiyi qurum barədə məlumat verib, institutun beş şöbəsində əlli elmi işçinin, o cümlədən 12 elmlər və 25 fəlsəfə doktorunun çalışdığını, son illərdə müəssisədə 300-dən çox monoqrafiyanın nəşr olunduğunu bildirib.
Sonda tərəflər imzalanan memorandumun əhəmiyyətinə toxunublar.

Elm və təhsil 2022-05-27 15:51:00