Turizm və Menecment Universitetində “Layihələrin idarə edilməsi üzrə vacib bacarıqlar” mövzusunda təlimlər yekunlaşıb
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Layihələrin idarə edilməsi üzrə vacib bacarıqlar” mövzusunda təlimlər başa çatıb.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, Layihələrin idarə edilməsi assosiasiyası (AzPMA) tərəfindən təşkil olunan tədbirə universitetin bir qrup əməkdaşı qatılıb. Təlimlər layihələrin idarə olunması üzrə ekspert Rəşad İbrahimov tərəfindən aparılıb. R.İbrahimov təlimlərdə layihələrin idarə edilməsi və IPMA standartlarına, o cümlədən “Waterfall”, “Agile”, “Scrum” və digər metodologiyalardan istifadə qaydalarına münasibət bildirib. Eyni zamanda, risklər, kommunikasiyalar, satınalmalar və keyfiyyətin idarə edilməsini şərtləndirən digər məsələlər diqqətdə saxlanılıb.
Təlimlərin sonunda ATMU-nun 10 əməkdaşına AzPMA-nın sertifikatı təqdim edilib.
Dünyada riyaziyyatın tədrisi üzrə gedən dəyişikliklərlə bağlı vebinar təşkil olunacaq
Azərbaycan Dillər Universitetində əlavə təhsilə qəbul başlanır
Lənkəran Regional Elmi Mərkəzinin direktorunun məqaləsi Macarıstanda elmi jurnalda dərc olunub
Elm Tarixi İnstitutu ilə Rusiyanın Tümen Dövlət Universiteti arasında müqavilə imzalanıb