Karate üzrə milli komandamız Avropa çempionatının finalına yüksəlib
Bakı, 27 may, AZƏRTAC
Türkiyənin Qaziantep şəhərində böyüklər arasında karate üzrə Avropa çempionatı davam edir.
Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, karateçilərimiz Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevdən ibarət komandamız çempionatın finalına vəsiqə qazanıb. Mübarizəyə səkkizdəbir finalda start verən yığmamız ardıcıl olaraq Kosovonu 3:1, Portuqaliyanı 2:0, Yunanıstanı isə 3:0 hesabı ilə məğlub edib. Mayın 29-da keçiriləcək həlledici mərhələdə komandamız Fransa karateçiləri ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, ölkəmiz yarışda 17 karateçi və 5 parakarateçi ilə təmsil olunur.
Cüdoçularımız Avropa kuboku yarışında 1 gümüş, 1 bürünc medal qazanıblar
“Qarabağ” – “Lex” oyununu ingiltərəli hakimlər briqadası idarə edəcək
Tamblinqçimiz Mixail Malkin Portuqaliyada dünya kuboku yarışında birinci olub
Para-atletimiz Tunis Qran-Prisində qızıl medal qazanıb
Gənc idman gimnastımız beynəlxalq Budapeşt kuboku yarışında üç medal qazanıb