FHN-in Muğan Regional Mərkəzi təlim-məşq keçirib
Bakı, 27 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim-məşq keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim-məşqin keçirilməsində məqsəd nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim-məşq zamanı xilasedicilər tərəfindən şərti nəqliyyat qəzası zamanı avtomobildə baş vermiş “yanğın” söndürülüb, deformasiyaya uğramış avtomobildən “zərərçəkmiş xilas edilərək təxirəsalınmaz ilkin tibbi yardım göstərilib”.
Uğurla keçirilmiş təlim-məşqin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
“Sağlam cavan” layihəsi daha bir həftəsini geridə qoyub
“Səyyar gənclər xidməti” layihəsi bu dəfə İmişli rayonunda həyata keçirilib
Baş Prokurorluq yaşayış binasının liftinin qırılması ilə bağlı məlumat yayıb
Füzuli rayonunda kanaldan naməlum kişi meyiti tapılıb
Medianın İnkişafı Agentliyi ilə Mediasiya Şurası arasında əməkdaşlıq perspektivləri müzakirə edilib