×
A
A
A
Sazlamalar

Şabran Xalq Teatrının səhnəsində “Xan qızı” tamaşası oynanılıb

Şabran, 27 may, Elxan Yusifli, AZƏRTAC

Şabran Xalq Teatrı “Şuşa İli” ilə əlaqədar tamaşaçılara İlyas Əfəndiyevin əsəri əsasında hazırlanan "Xan qızı" tamaşasını təqdim edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şabran rayon Mədəniyyət Mərkəzinin səhnəsində göstərilən səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Tamaşanı Şabran Rayon İcra Hakimiyyətinin, Xaçmaz Regional Mədəniyyət İdarəsinin, Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının rəhbər şəxsləri, mədəniyyət işçiləri, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri izləyiblər.
Tamaşadan sonra teatr kollektivinin üzvləri Şabran Rayon İcra Hakimiyyəti başçısı Asif Hüseynov tərəfindən fəxri fərmanla mükafatlandırılıb.
Çıxış edənlər Azərbaycan musiqisinin beşiyi Şuşanın düşməndən azad olunması, Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad edib. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib, burada genişmiqyaslı abadlıq işləri görülür, bir sıra tarixi-mədəni abidələr bərpa olunur. Bununla yanaşı, “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri keçirilir.

Regionlar 2022-05-27 15:12:00