×
A
A
A
Sazlamalar

Eduardo Berisso yenidən Çili milli komandasında çalışacaq

Bakı, 27 may, AZƏRTAC
Futbol üzrə Çili millisinin yeni baş məşqçisi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, bu barədə Çili Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yığmanı Eduardo Berisso çalışdıracaq. Lakin mütəxəssis ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Berisso 2007-2010-cu illərdə də Çili millisində işləyib.

İdman 2022-05-27 15:11:00