×
A
A
A
Sazlamalar

Təhsil Nazirliyi məktəbdaxili qiymətləndirmələrin rəqəmsal formada təşkilinə dair tövsiyələr verib

Bakı, 27 may, AZƏRTAC

Təhsil Nazirliyi tərəfindən ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinə məktəbdaxili qiymətləndirmələrin rəqəmsal formada təşkilinə dair müvafiq tövsiyələr verilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar olaraq 146-4 “Qaynar xətt” xidməti ümumtəhsil məktəblərindən daxil olan müraciətlərin cavablandırılması üçün fəaliyyət göstərəcək. Belə ki, proses zamanı hər hansı çətinliklə üzləşdiyiniz hallarda qeyd olunan “Qaynar xətt” xidmətinə müraciət etmək olar.
İnternet bağlantısının kəsilməsi, proqram təminatında və kompüter avadanlıqlarında yaranmış problemlər, eləcə də təhsilalanların istifadəçi adı və şifrəsinin bərpasında ortaya çıxa biləcək çətinliklərlə bağlı xidmət tərəfindən operativ dəstək göstəriləcək.
Qeyd edək ki, rəqəmsal summativ qiymətləndirmə təhsilalanların nailiyyətlərinin kompüter avadanlıqlarından və müvafiq proqram təminatından istifadə edilərək qiymətləndirilməsidir.
Texniki təminat və internet olmadığı təqdirdə ümumi təhsil müəssisələrində summativ qiymətləndirmələr ənənəvi formada (kağız üzərində) təşkil olunmalıdır.

Elm və təhsil 2022-05-27 15:10:00