×
A
A
A
Sazlamalar

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində tələbələr üçün istehsalat təcrübəsi davam edir

Bakı, 27 may, AZƏRTAC

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə əyani təhsil alan IV kurs tələbələri üçün təşkil olunan istehsalat təcrübəsi davam edir.
AZƏRTAC xəbər verir ki, növbəti təcrübə kursunda tələbələr təcrübələrini Rəngkarlıq şöbəsində davam etdiriblər.
Bərpaçı-rəssam Cəfər Əliquliyev Azərbaycan rəngkarlığının qədim və zəngin tarixə malik olan əsas növləri, onların bədii-estetik xüsusiyyətləri və bərpası haqqında ətraflı məlumat verib.
Dərs zamanı tələbələrə eksponatın bərpaya daxil olduqdan sonra vizual müayinəsi, kimyəvi və texnoloji analizləri, bərpaçının gündəliyində apardığı qeydləri, eksponata uyğun bərpa material seçilməsi, bioloji, mexaniki zədələnmələrin müəyyənləşdirilməsi, eləcə də tətbiq olunan kimyəvi üsullar ətraflı izah olunub.
İstehsalat təcrübəsi ayın sonunadək davam edəcək.

Mədəniyyət 2022-05-27 14:48:00