×
A
A
A
Sazlamalar

“ABBA” qrupu 36 ildə ilk dəfə tam heyətlə ictimaiyyət qarşısına çıxıb

Bakı, 27 may, AZƏRTAC

İsveçin məşhur “ABBA” kvartetinin üzvləri 36 ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıblar. Qrup Londonda bir sıra holoqrafik şoular təqdim etmək üçün tam gücü ilə yenidən bir araya gəlib.
AZƏRTAC riafan.ru saytına istinadla xəbər verir ki, konsertlər ABBA-nın 40 ildən sonra “Voyage” adlı ilk buraxılışına həsr olunub. “ABBA Voyage” şousu həftədə yeddi dəfə Olimpiya Parkında xüsusi olaraq tikilmiş “ABBA Arenada” nümayiş olunacaq.
Konsertlərdə kvartet üzvlərinin özləri deyil, onların rəqəmsal avatarları səhnədə çıxış edəcək. Holoqramlar 1970-ci illərdəki “ABBA” üzvlərinə bənzəyəcək. Bir saat yarım davam edəcək konsert proqramına İsveç qrupunun 22 hiti daxil ediləcək.

 

 

Mədəniyyət 2022-05-27 14:40:00