Stolüstü tennis üzrə “Top-8” turnirinə start verilib
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də “Şüa” İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə “Top-8” turniri start götürüb.
AZƏRTAC xəbər verir ki, 28 May - Müstəqillik Gününə həsr olunan ənənəvi yarışda ölkə çempionatında ilk səkkiz yeri tutan idmançılar bacarıqlarını göstərirlər.
Şəxsi xarakter daşıyan turnirdə kişilərin mübarizəsində Emin Məmmədov, Adil Əhmədzadə, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Hüseyn Eylazov, Xəyal Həşimli, İbrahim Ansari, Əliverdi Şahgəldiyev qüvvələrini sınayırlar. Qadın tennisçilərdən isə Rüfət Əliyeva, Məryəm İmanova, Nəzakət Qarayeva, Mərziyə Nürmətova, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Aliyə Haşımova və Billurə Eminova mübarizə aparırlar. Dairəvi sistem üzrə iki yarımqrupda keçirilən yarışın qrup qalibləri ilə ikinci yerin sahibləri yarımfinala yüksələcəklər.
Stolüstü tennisçilərin idman ustalığını artırmaq, qarşıdakı beynəlxalq yarışlara hazırlıq və bu idman növünün təbliği məqsədi ilə keçirilən turnirin qaliblərinə Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunacaq.
Dünya Badminton Günü ilə bağlı Qusarda tədbir keçirilib
“Zirə” klubu futbolçusu Sərtan Taşkınla müqaviləni yeniləyib
“Lex” – “Qarabağ” matçına 22 mindən çox bilet satılıb
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını Belarusda davam etdirəcək
Jurnalistlər arasında voleybol üzrə “Zəfər kuboku” yarışı keçiriləcək