Hərbi Prokurorluq: Daxili Qoşunların hərbi qulluqçusunun Ağdamda mina partlayışı nəticəsində xəsarətlər alması ilə bağlı araşdırma davam etdirilir
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu, əsgər Ömərov Seyidağa Mirzağa oğlunun həmin gün Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Ağdam Hərbi Prokurorluğuna məlumat daxil olub.
Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş məlumat əsasında Ağdam Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib.
Hazırda Ağdam Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək.
Bank hesablarından oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilərək saxlanılıblar
Gəncə şəhər sakininin bank hesabından pul oğurlayan əvvəllər məhkum olunmuş şəxs yaxalanıb
FHN: Ötən sutka ərzində 108 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Ölkə ərazisində qeydə alınan cinayətlərdən 53-nün açılması təmin olunub