×
A
A
A
Sazlamalar

“Gənclərin sağlamlıq forumu”nun açılış mərasimi olub

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Kooperasiya Universitetində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Gənclər üçün Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Gənclərin sağlamlıq forumu”nun açılış mərasimi və ilk seminarı keçirilib.
Nərimanov Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, forumun keçirilməsində məqsəd gənclərin sağlam ruhda böyüməsi, onların asudə vaxtlarının dəyərləndirilməsi, idmana və digər yararlı vərdişlərə cəlb edilməsidir.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, Azərbaycan Kooperasiya Universitetinin mətbuat və ictimai işlər xidmətinin rəhbəri, Bakı Biznes və Kooperasiya Kollecinin şöbə müdiri Tamerlan Əkbərov və tələbələr iştirak ediblər.
Forumda çıxış edən natiqlər gənclərin idmana cəlb edilməsi və sağlam ruhda böyüməsi istiqamətində görülən işlər barədə məlumat veriblər.
Qeyd edilib ki, sağlam həyat tərzi hər kəs üçün fərqli bir anlam ifadə edir. Ümumiyyətlə, sağlam həyat tərzi bir insanın fiziki və əqli rifahının təmin edilməsi ilə həyatı yaxşı yaşamasına imkan verən bir tərzdir.
Sonda ekspertlər gəncləri maraqlandıran sualları cavablandırıblar.

 

 

 

Cəmiyyət 2022-05-27 13:51:00