×
A
A
A
Sazlamalar

Bülbülün Memorial Muzeyində növbəti tədbir Müstəqillik Gününə həsr olunub

Bakı, 27 may, AZƏRTAC

Bülbülün Memorial Muzeyində Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyası ilə birgə 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, muzeyin direktoru Fərqanə Cabbarova hər kəsi bayram münasibəti ilə təbrik edərək, bu günün tarixi önəmi barədə ətraflı məlumat verib.
Tədbir İncəsənət Gimnaziyasının 10-cu sinif şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı İsgəndər Fatehin solo konserti ilə davam edib.

Mədəniyyət 2022-05-27 13:54:00