×
A
A
A
Sazlamalar

Beynəlxalq qrosmeyster Rauf Məmmədov tərəfindən 30 taxtada seans keçirilib

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) kişi şahmatçılar arasında üçqat Avropa çempionu, beynəlxalq qrosmeyster Rauf Məmmədov tərəfindən 30 taxtada seans keçirilib.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Müstəqillik Gününə həsr olunmuş seansda ADBTİA-nın şahmat ixtisasında təhsil alan tələbələr iştirak ediblər. Tədbirdə çıxış edən ADBTİA-nın rektoru Fuad Hacıyev yarış iştirakçılarını salamlayıb, müstəqillik tariximiz haqqında qısa məlumat verib, sonda iştirakçılara uğurlar diləyib.
Tədbirdə akademiyanın idman işləri üzrə prorektoru, Olimpiya çempionu Fərid Mansurov, elmi katib, şahmat üzrə beynəlxalq dərəcəli hakim Bəxtiyar Rüstəmov, Gənclər və İdman Nazirliyinin və federasiyanın nümayəndəsi beynəlxalq dərəcəli hakim Lütfiyar Rüstəmov və başqaları iştirak ediblər.

İdman 2022-05-27 13:49:00