×
A
A
A
Sazlamalar

“Fəxri qonaq” layihəsi çərçivəsində növbəti görüş keçirilib

Bakı, 27 may, AZƏRTAC

Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Fəxri qonaq” layihəsi davam edir. Binəqədi Gənclər Evində keçirilən növbəti görüş Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illiyinə həsr olunub.
Binəqədi Gənclər Evindən AZƏRTAC-a bildiriblər ki, “İdman əngəl tanımır” mövzusunda olan görüşün qonağı taekvondo üzrə üçqat dünya, dördqat Avropa çempionu, Azərbaycanın Əməkdar idman ustası, parataekvondo üzrə Azərbaycan millisinin üzvü Aynur Məmmədova olub.
Görüşdə A.Məmmədova əvvəlcə layihə rəhbəri və tədbirin moderatoru Fərəh Quliyeva tərəfindən ünvanlanan suallar ətrafında danışıb.
Daha sonra o, əldə etdiyi nailiyyətlər barədə məlumat verib.
Paralimpiyaçı, həmçinin gənclər tərəfindən verilən sualları da cavablandırıb.
Sonda gənclərlə birlikdə xatirə şəkli çəkdirilib.

Sosial 2022-05-27 13:29:00