×
A
A
A
Sazlamalar

Çaru Bista: Peşə təhsilində məqsədlərimizdən biri ikili proqram üzrə 50 şirkətlə əməkdaşlıq qurmaqdır

Bakı, 27 aprel, Rauf Hacıyev, AZƏRTAC

“Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı tərəfindən, Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Bu layihəyə əsasən, peşə təhsili alan 130-a yaxın tələbə ikili təhsil proqramı çərçivəsində hazırda müvafiq şirkətlərdə istehsalat təcrübəsi keçirlər. Məqsədlərimizdən biri də gələcəkdə bu cür əməkdaşlığı 50 şirkətlə həyata keçirməkdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri BMTİ-nin Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru Bista söyləyib.
“Həmçinin peşə təhsilli gənclərin əmək bazarının tələblərinə uyğun gəlməsi və ya bu sahədə təhsilalanların bilik, bacarıqlarının yüksəldilməsi üçün peşə təhsili sahəsində müvafiq təhsil proqramları və kurikulumların daha da təkmilləşdirilməsi istiqamətində özəl sektorla apardığımız müzakirələri davam etdirəcəyik”, - deyə Ç. Bista qeyd edib.

Cəmiyyət 2022-05-27 13:24:00