×
A
A
A
Sazlamalar

FHN-in Akademiyasında elmi-praktik konfrans keçirilib

Bakı, 27 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi” mövzusunda kursant və magistrantların IX elmi-praktik konfransı keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrinin magistrant, kursant və tələbələri iştirak ediblər.
Əvvəlcə, konfrans iştirakçıları Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, ali təhsil müəssisəsinin 10 illik fəaliyyətini əks etdirən Muzey və kitabxana ilə tanış olublar.
Konfransda giriş sözü ilə çıxış edən Akademiya rəisinin müavini polkovnik İlham Babaşov ölkəmizdə gənc nəslin elm və təhsilə cəlb olunması üçün hərtərəfli şəraitin yaradıldığını və bu sahəyə Prezident İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb. Elmi-praktik konfransın əhəmiyyətindən danışan İ.Babaşov qeyd edib ki, digər sahələrdə olduğu kimi, fövqəladə halların idarə olunması sahəsində də tətbiq edilən texnologiyaların sürətli inkişafı müşahidə edilməkdədir. Axtarış-xilasetmə işlərində müasir texnologiyaların tətbiqi yeni uğurların əldə olunması üçün geniş imkanlar yaradır.
Konfransda FHN-in Akademiyasının magistrantları baş leytenant Şıxrəhim Əlimov, baş leytenant Aydın Əliyev, leytenant Ramin Məmmədov, kursantlar Emin Abdullayev, Təhməz Heydərov, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kursantı Sənan Mirzəyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının kursantı kiçik çavuş Turan Məmmədov məruzələrlə çıxış ediblər.
Plenar iclasdan sonra konfransın işi bölmə iclaslarında davam etdirilib.
Konfransın sonunda fərqlənən iştirakçılar FHN-in Akademiyasının fəxri fərmanı ilə təltif olunublar.

Cəmiyyət 2022-05-27 13:16:00