×
A
A
A
Sazlamalar

ABŞ-ın Sanni Ayls Biç şəhərində 2022-ci il 28 may tarixi “Azərbaycanın Müstəqillik Günü” elan olunub

Bakı, 27 may, AZƏRTAC

ABŞ-ın Florida ştatındakı Sanni Ayls Biç (Sunny İsles Beach) şəhər meriyasında keçirilən toplantıda 2022-ci il 28 may tarixi “Azərbaycanın Müstəqillik Günü” elan edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Florida-Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramova 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlətin qurulduğunu diqqətə çatdırıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, həyata keçirdiyi demokratik islahatlar, o cümlədən qadınlara ilk dəfə səsvermə hüququnun verilməsi barədə ətraflı danışıb. Qeyd edib ki, xalqımız Cümhuriyyət qurucularının miras qoyduqları irsi davam etdirərək çətin mübarizə yolu keçib və 1991-ci ilin payızında ölkəmizin dövlət müstəqilliyinin bərpasına nail olub.
Sonra şəhər meriyasının qəbul etdiyi Bəyannamə Esmira Bayramovaya təqdim olunub.

Diaspor 2022-05-27 13:09:00