“Müstəqil Azərbaycan və vətənpərvərlik ruhunda formalaşan, inkişaf edən gənclik” mövzusunda görüş keçirilib
Bakı, 27 may, AZƏRTAC
Gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə “Müstəqil Azərbaycan və vətənpərvərlik ruhunda formalaşan, inkişaf edən gənclik” mövzusunda görüş keçirilib.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından AZƏRTAC-a bildiriblər ki, görüşdə spiker qismində Azərbaycanın Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənov iştirak edib.
M.Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tariximizdəki əhəmiyyətli yeri, müsəlman Şərqində ilk demokratik respublikanın formalaşması və həmin dövrün geosiyasi reallıqları ilə bağlı gənclərə ətraflı məlumat verib.
Sonda isə gənclər tərəfindən ünvanlanan suallar cavablandırılıb.
Zərərvericilər və pestisidlərin idarə edilməsinə dair silsilə tədbirlər həyata keçirilib
Məşğulluq xidmətlərinin təkmilləşdirilməsi üçün beynəlxalq təcrübə öyrənilir
“Wonderland Azerbaijan 2022” adlı Beynəlxalq Yay Skaut Düşərgəsi təşkil ediləcək
Nazir müavini Biləsuvar rayonunda vətəndaşların müraciətini dinləyib