×
A
A
A
Sazlamalar

Nazir müavini Ucarda vətəndaşlarla görüşüb

Bakı, 27 may, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Ucar rayonunda həmin rayonun sakinlərini qəbul edib.
Vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri dinlənilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara izahatlar verilib.

Sosial 2022-05-27 13:33:00