×
A
A
A
Sazlamalar

Qubadlı musiqi məktəbinin yetirməsi beynəlxalq müsabiqədə birinci olub

Sumqayıt, 27 may, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd uşaq musiqi məktəbinin yetirməsi Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq müsabiqədə I yerə layiq görülüb.
İdarədən AZƏRTAC-a bildirilib ki, məktəbin 2-ci sinif şagirdi Aylin Oleq qızı Talıbova onlayn formatda təşkil edilən 16-cı “Pera Piano” müsabiqəsinə qatılıb. Müxtəlif yaşda olan pianoçuların iştirak etdiyi müsabiqədə Aylin 8 yaşa qədər yaş kateqoriyasında solo nominasiyasında çıxış edib. Münsiflərin rəğbətini qazanan gənc pianoçunun uğurunu onun müəllimi İradə Abdullayeva bölüşüb.

Regionlar 2022-05-27 12:52:00