×
A
A
A
Sazlamalar

Hindistan Respublikasının Prezidenti Ram Nat Kovinddən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.
Müstəqillik Günü münasibətilə Hindistan hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Hindistan ilə Azərbaycan arasında tarixi və mədəni əlaqələr mövcuddur. Bu il diplomatik əlaqələrimizin qurulmasının 30 illiyi tamam olur. Ötən 30 il ərzində əlaqələrimiz xüsusilə iqtisadi sahədə yaxşı inkişaf edib. Münasibətlərimizi qarşılıqlı anlaşma və maraq üzərində qurmaq olduqca vacibdir.
Zati-aliləri, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Ram Nat Kovind

Hindistan Respublikasının Prezidenti 

Məktublar 2022-05-27 12:56:00