Hindistan düyü ixracını məhdudlaşdırmaq niyyətində deyil
Bakı, 27 may, AZƏRTAC
Hindistan düyü ixracı üçün yetərincə ehtiyata malikdir və hakimiyyət orqanları onun xaricə satışını məhdudlaşdırmağı planlaşdırmır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Times of India” qəzeti hökumətdə olan mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Hindistan hazırda xaricə düyü ixracını davam etdirir və onun qiyməti son beş ildə ən aşağı səviyyəyə düşüb. Dünya bazarında bir ton düyünün qiyməti 350-354 dollardır.
Ötən mövsüm Hindistanda rekord həcmdə - 129,66 milyon ton düyü yığılıb ki, bu da öncəki illə (121,1 milyon ton) müqayisədə 8,56 milyon ton çoxdur. Mart ayının 31-də başa çatan 2021-2022-ci maliyyə ilində Hindistan düyü ixracını 17,8 milyon tondan 21,2 milyon tona qədər artırıb. Anbarlarda düyü ehtiyatı 13,58 milyon ton planlaşdırılsa da, hazırda bu göstərici 66,22 milyon ton təşkil edir.
Bir müddət öncə Hindistan mediasında Nyu-Dehlinin xaricə buğda satışını məhdudlaşdırması səbəbindən düyü ixracının da azaldılacağı barədə informasiyalar yayılmışdı.
Yair Lapid İsrailin yeni Baş naziri olub
Yeni Zelandiya və Avropa İttifaqı azad ticarət haqqında müqavilə imzalayıb
Türkiyədə baş verən uçqun insan itkisinə səbəb olub
Finlandiyada hesab edirlər ki, ölkə payızadək NATO-ya üzv ola bilməyəcək
Odessa vilayətinə endirilən raket zərbələri nəticəsində həlak olanların sayı 17 nəfərə çatıb