×
A
A
A
Sazlamalar

Pensilvaniya ştatında partlayış: dörd nəfər ölüb, iki nəfər itkin düşüb

Bakı, 27 may, AZƏRTAC

Dünən axşam ABŞ-ın Pottstaun şəhərindəki (Pensilvaniya ştatı) yaşayış binalarının birində güclü partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə NBC telekanalı yerli administrasiyanın nümayəndəsinə istinadla məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində azı dörd nəfər həlak olub, iki nəfər yaralanıb. Daha iki nəfər isə itkin düşmüş hesab edilir. Yaralılar hospitala yerləşdirilib, onların vəziyyəti və hadisənin səbəbi barədə hələlik informasiya yoxdur.
Hadisə yerinə ştatın yanğından mühafizə idarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələri gəlib.

Dünya 2022-05-27 12:47:00