×
A
A
A
Sazlamalar

Xocavənddə metal və müxtəlif əşyalar toplayan şəxslər saxlanılıb

Xocavənd, 27 may Aydın Yavərzadə, AZƏRTAC

İşğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən dəmir tullantılar və müxtəlif əşyalar toplayan şəxslər Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları rayon ərazisində xidmətdə olan zaman Füzuli rayon sakinləri Elvin Alışlı, Nürəddin Əbilov və Ədalət Kərimovu qanunsuz olaraq metal tullantıları və digər əşyaları toplayarkən saxlayıblar. Adıçəkilən şəxslər həmin ərazilərə keçdikləri avtomobillərlə birgə Polis Şöbəsinə gətiriliblər.
Hazırda Xocavənd RPŞ-də hər üç şəxs barəsində araşdırmalar davam etdirilir.

Regionlar 2022-05-27 12:44:00