Müstəqillik Gününə həsr olunmuş tələbələr arasında badminton yarışının qalibləri müəyyənləşib
Bakı, 27 may, AZƏRTAC
Gənclər və İdman Nazirliyi, Azərbaycan Badminton Federasiyasının dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “FunniFy” proqramı çərçivəsində 28 May - Müstəqillik Gününə həsr olunmuş tələbələr arasında badminton yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbir “FunniFy” proqramının meneceri Eldar Qurbanov tərəfindən açıq elan edilib.
Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev, Gənclər və İdman Nazirliyinin əməkdaşı Şahmar Tağıyev və İttifaqın sədri Pərviz Mirələmli açılış nitqləri ilə çıxış edərək Prezident İlham Əliyevin idmana və gənclər siyasətinə göstərdiyi xüsusi diqqəti nəzərə alaraq hazırkı proqramın əhəmiyyətindən və tələbələr arasında həyata keçirilən əyləncə və idman oyunlarının təşkilinin vacibliyi haqqında fikirlərini bölüşüblər. Yarışın açılış mərasimi tələbələr tərəfindən müxtəlif musiqi nömrələrinin səsləndirilməsi və kompozisiyaların göstərilməsi ilə yekunlaşıb.
Sonra 8 təhsil müəssisəsini təmsil edən 16 tələbə arasında badminton yarışı keçirilib. Azərbaycan Dövlət İqtisad Universitetinin komandası yarışın qalibi olub. Azərbaycan Tibb Universitetinin komandası yarışı ikinci, Azərbaycan Dillər Universitetinin tələbələri isə üçüncü pillədə başa vurublar.
Sonda qalib komandaların üzvləri mükafatlandırılıb.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir