×
A
A
A
Sazlamalar

Xaçmaz rayonunda narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə tədbirlər təşkil olunub

Bakı, 27 may, AZƏRTAC

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində Xaçmaz rayonunda tədbirlər təşkil edilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirdən əvvəl rayon üzrə müvafiq komissiyanın üzvləri ilə görüş keçirilib, müzakirələr aparılıb, onlara metodiki kömək göstərilərək zəruri əyani təbliğat materialları verilib.
Eyni zamanda, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işinin aparılması və gücləndirilməsi məqsədilə Zərifə Əliyeva adına 8 saylı Xaçmaz şəhər məktəb-liseyində narkomanlıq probleminə dair treninq keçirilib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.

Cəmiyyət 2022-05-27 12:40:00