Bu gün futbol üzrə Azərbaycan kuboku yarışının qalibi müəyyənləşəcək
Bakı, 27 may, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan kuboku yarışının qalibi müəyyənləşəcək.
AZƏRTAC xəbər verir ki, final oyununda Azərbaycan çempionu “Qarabağ”la bürünc mükafatçı “Zirə” üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 19:00-da başlayacaq. Görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək.
Finalçılar Azərbaycan kubokunda ilk dəfə qarşılaşacaqlar. Bakı təmsilçisi Ağdam klubuna kubokda 39-cu rəqibi olacaq. Ağdam klubu isə qəsəbə təmsilçisi üçün 10-cu rəqibdir.
Yarışın 30 illik tarixində 472 müxtəlif cüt üz-üzə gəlib. “Qarabağ” – “Zirə” cütü bu siyahıda 473-cü olacaq.
Tamblinqçimiz Mixail Malkin Portuqaliyada dünya kuboku yarışında birinci olub
Para-atletimiz Tunis Qran-Prisində qızıl medal qazanıb
Gənc idman gimnastımız beynəlxalq Budapeşt kuboku yarışında üç medal qazanıb
Azərbaycanın iki güləşçisi U-20 Avropa çempionatının finalına yüksəlib
Stolüstü tennis üzrə Polad Həşimovun xatirəsinə həsr olunan Azərbaycan birinciliyi keçirilir