×
A
A
A
Sazlamalar

“Yeni media: Çin – ŞƏT 2022” adlı növbəti onlayn seminar

Bakı, 27 may, AZƏRTAC

Mayın 27-də Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Çinin Xuantsyu portalı ilə birgə “Yeni media: Çin – ŞƏT 2022” adlı növbəti onlayn seminar keçirib.
AZƏRTAC xəbər verir ki, bu dəfə “Çin gəncləri” qəzetinin nəzdində fəaliyyət göstərən İnformasiya Toplama və Redaktə Mərkəzinin direktor müavini, “Gənclərin məlumat kitabı” qəzetinin baş redaktoru Çjan Danşan “Z nəslinin gənc auditoriyasını hədəfləyən məzmun” mövzusunda çıxış edib.
Əvvəlcə təmsil etdiyi qəzetlərin tarixindən və fəaliyyət istiqamətindən danışan Çjan Danşan bildirib ki, hər iki qəzet dünyada və çində baş verən hadisələri əsasən də Çinin qədim mədəniyyətini və adət ənənələrini gənclərə çatdırır. Qeyd edib ki, qəzet eyni zamanda Z nəslin nümayəndələrinin (12-27 yaş arası) psixologiyasını tədqiq edir. Bildirib ki, “Z nəsli” 1995-2010 illərdə doğulan gənclərdir ki, onların da sayı dünyada 2 milyarddan çoxdur. Bu yaş dövründə olan gənclər işə o qədər də məsuliyyətlə yanaşmır, verilən tapşırıqlara dözümsüzlük göstərir, iş yerlərini tez-tez dəyişirlər, daha çox əyləncəyə üstünlük verirlər.
Mühazirə 2 saat davam edib. Sonra Çjan Danşan jurnalistlərin suallarını cavablandırıb.

 

 

Cəmiyyət 2022-05-27 12:53:00