Cari ilin birinci rübündə ABŞ-da ÜDM 1,5 faiz aşağı düşüb
Vaşinqton, 27 may, AZƏRTAC
Amerika Birləşmiş Ştatları Ticarət Nazirliyinin İqtisadi Təhlil Bürosunun hesabatına əsasən, ABŞ iqtisadiyyatı 2022-ci ilin birinci rübündə 1,5 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, hesabatda bu ilin birinci rübündə ümumi daxili məhsulun (ÜDM) 1,5 faiz, 2021-ci ilin dördüncü rübü ərzində real ÜDM-in isə 6,9 faiz aşağı düşməsi qeyd olunur.
Real ümumi daxili gəlir birinci rübdə 2,1 faiz atıb, lakin cari istehsaldan gələn korporativ mənfəət 66,4 milyard dollar azalıb. Maliyyə korporasiyasının gəliri 28,6 milyard dollar aşağı düşüb.
Ticarət Nazirliyinin məlumatında deyilir: “Real ÜDM-in azalması əmtəə və materiallar ehtiyatlarına özəl investisiyalar yatırılmasında, ixracatda, federal hökumətin xərclərində, eləcə də ştatların və yerli icra orqanlarının dövlət xərclərində azalmanı əks etdirir”.
2022-ci ilin birinci rübündə ÜDM-in aşağı düşməsi COVID-19 pandemiyası və onun əmələ gətirdiyi iqtisadi tənəzzül nəticəsində ÜDM-in 31,7 faiz azalaraq iqtisadiyyatın gerilədiyi 2020-ci ilin ikinci rübündən bəri ən pis göstərici olub.
AZƏRTAC-ın Vaşinqton bürosu
İtaliyada meşə yanğınları ötən illə müqayisədə iki dəfədən çox artıb
Fransa tarixində ilk dəfə Milli Assambleyanın sədri vəzifəsinə qadın namizəd seçilib
Gürcüstanda turistləri daşıyan iki mikroavtobus qəzaya uğrayıb
Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olmasına razılıq verib