Narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə növbəti tədbirlər Şabranda keçirilib
Bakı, 27 may, AZƏRTAC
Şabran rayonunda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində tədbirlər təşkil edilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirdən əvvəl rayon üzrə müvafiq komissiyanın üzvləri ilə görüş keçirilib, müzakirələr aparılıb, onlara metodiki kömək göstərilərək zəruri əyani təbliğat materialları verilib.
Eyni zamanda, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işinin aparılması və gücləndirilməsi məqsədilə Şabran rayon 5 saylı tam orta məktəbdə narkomanlıq probleminə dair treninq keçirilib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.
Radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrində təlim-metodiki toplanış keçirilib VİDEO
Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif olunub
Səudiyyə Ərəbistanının aviaşirkəti yay mövsümündə Bakı və Tbilisiyə aviareyslər həyata keçirəcək
Ombudsmanın nümayəndəsi gender bərabərliyinə dair konfransda çıxış edib