×
A
A
A
Sazlamalar

“TEKNOFEST Azərbaycan”ın ikinci günündə hava şousu nümayiş olunub

Bakı, 27 may, AZƏRTAC

“TEKNOFEST Azərbaycan”ın ikinci günündə hava şousu nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin “SU-25” (5 ədəd) və “MiQ-29” (2 ədəd) qırıcı təyyarələri və hərbi helikopterlərinin, eləcə də Türkiyənin “Solotürk” (2 ədəd F16), “Türk Ulduzları” (5 ədəd F5) və “Hürkuş” aerobatika komandalarının, ATAK helikopterlərinin və AKINCI PUA-sının iştirakı ilə hava şouları təşkili edilib.
Qeyd edək ki, may ayının 28-i xüsusi keçidin, festival boyu hər gün isə pilotaj uçuşlarının həyata keçirilməsi planlaşdırılır.

 

İKT 2022-05-27 12:30:00