“Şuşam mənim, Vətənim mənim” adlı konsert proqramı təqdim edilib
Bakı, 27 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Gözdən əlil uşaqlar üçün 38 nömrəli onbirillik musiqi məktəbi Azərbaycan Dövlət Mahnı Teatrında “Şuşa İli”nə həsr olunmuş “Şuşam mənim, Vətənim mənim” adlı konsert proqramı təqdim edib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, konsertdə İdarənin rəisi İbrahim Əliyev, uşaq musiqi və incəsənət məktəblərinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.
Məktəblilərdən ibarət xor və ansamblın ifası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Elvis Preslinin uşaqlıqda yaşadığı ev sökülmüş halda hərraca çıxarılacaq
“Ceyms Bond”un prodüseri yeni filmin çəkiliş tarixini açıqlayıb
Məmməd Səid Ordubadinin 150 illiyi münasibətilə tədbir keçirilib
“Təyinat məntəqəsi”nin yeni bölümünün çəkilişlərinə başlanılır