×
A
A
A
Sazlamalar

Worldometer: Dünyada koronavirusa yoluxma hallarının sayı 530 milyonu ötüb

Bakı, 27 may, AZƏRTAC

Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 530 milyon nəfəri ötüb.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, mayın 26-da dünyada koronavirusa 570 min 628 yoluxma və 1449 ölüm faktı aşkarlanıb. Bununla da yoluxanların ümumi sayı 530 milyon 167 min nəfəri keçib. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 6 milyon 307 min 718 nəfərə, sağalanların sayı isə 500 milyon 666 min nəfərə çatıb.
ABŞ COVID-19 infeksiyasına həm yoluxanların, həm də ölənlərin sayına görə dünyada liderlik edir. Ölkədə koronavirusa 85 milyon 570 mindən çox insan yoluxub, onlardan 1 milyon 30 min 775 nəfəri həyatını itirib.
Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 43 milyon 147 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 524 min 539 nəfər vəfat edib.
Yoluxma göstəricisi üzrə üçüncü pillədə Braziliya qərarlaşıb. Bu Cənubi Amerika ölkəsində pandemiya dövrü ərzində 30 milyon 880 min nəfər virusa yoluxub, onlardan 666 min 248 nəfəri ölüb.
Qeyd edək ki, Azərbaycan virusa yoluxma sayına görə dünya statistikasında 75-ci yerə enib.

Dünya 2022-05-27 12:07:00