×
A
A
A
Sazlamalar

AQTA-nın “1003 - Çağrı Mərkəzi” ilə yanaşı, “WhatsApp” xidməti də fəaliyyət göstərəcək

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarət və tənzimlənmə tədbirlərinin operativ, şəffaf və daha səmərəli təşkili sahəsində ardıcıl tədbirlər həyata keçirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə “1003 - Çağrı Mərkəzi” ilə yanaşı, “WhatsApp” xidməti də fəaliyyət göstərəcək.
Agentlik əməkdaşlarının, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyəti, göstərilən xidmətlərlə bağlı vətəndaşlar öz şikayət və təkliflərini, qanunazidd hallarla bağlı müraciətlərini Agentliyin (010) 200 10 03 nömrəsinə “WhatsApp” vasitəsilə də ünvanlaya bilərlər.
Daxil olan məlumatlar (yazılı, görüntülü və ya səsli) təhlil edilərək, qurumun fəaliyyət sahələrinə və vəzifələrinə uyğun qanunvericilik çərçivəsində icrası təmin olunacaq.

Sosial 2022-05-27 11:55:00