Nazir müavini Siyəzən rayonunda vətəndaşları qəbul edəcək
Bakı, 27 may, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov iyunun 9-da Siyəzən rayonunda Siyəzən və Şabran rayonlarının sakinlərini qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar mayın 27-dən iyunun 6-dək nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
DOST RİM fərdi məlumat və informasiya sistemləri ilə bağlı fəaliyyət üzrə lisenziya alıb
AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası növbəti uğurlu nəticə əldə edib
Qəbələdə çörək istehsalı müəssisəsində bir sıra nöqsanlar aşkar olunub
“Əmək və Məşğulluq” altsistemində yeni funksionallıqlar yaradılıb