Azərbaycanın Qida Təhlükəsizliyi İnstitutu ilə İtaliyanın Milli Sağlamlıq İnstitutu arasında əməkdaşlıq müzakirə edilib
Bakı, 27 may, AZƏRTAC
İtaliyanın Roma şəhərində Qida Təhlükəsizliyi İnstitutunun nümayəndə heyəti ilə İtaliya Milli Sağlamlıq İnstitutunun əməkdaşları arasında görüş keçirilib.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə hər iki qurumun fəaliyyət istiqamətləri üzrə geniş təqdimatlar nümayiş olunub.
Bundan başqa, tərəflər arasında əməkdaşlıq sahələri, təcrübə mübadiləsinin aparılması, hər iki ölkənin Milli Referens laboratoriyaları arasında qarşılıqlı əlaqələrin qurulması ilə əlaqədar müzakirələr aparılıb. Eyni zamanda, beynəlxalq səviyyədə qarşılaşdırma sınaqlarının təşkili və kadr potensialının gücləndirilməsi üçün qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
İkitərəfli görüşün nəticəsi olaraq, Qida Təhlükəsizliyi İnstitutu ilə İtaliya Respublikasının Milli Sağlamlıq İnstitutu arasında birgə fəaliyyət üzrə memorandumun imzalanması ilə bağlı razılıq əldə olunub.
“Əmək və Məşğulluq” altsistemində yeni funksionallıqlar yaradılıb
Zərərvericilər və pestisidlərin idarə edilməsinə dair silsilə tədbirlər həyata keçirilib
Məşğulluq xidmətlərinin təkmilləşdirilməsi üçün beynəlxalq təcrübə öyrənilir
“Wonderland Azerbaijan 2022” adlı Beynəlxalq Yay Skaut Düşərgəsi təşkil ediləcək