“Narkomaniyadan özümüzü qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib
Bakı, 27 may, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) birgə təşkilatçılığı ilə “Narkomaniyadan özümüzü qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Gənclər Evində keçirilən tədbirdə tibb mütəxəssisləri, orta məktəblərin müəllim və şagirdləri, ali məktəblərin tələbələri iştirak ediblər.
Mərkəzin layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova tədbirdə çıxış edərək müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, yeniyetmə və gənclər arasında narkomaniyanın qarşısının alınması istiqamətində daim ictimai nəzarətin zəruriliyindən bəhs edib, eləcə də narkomaniyanın gətirdiyi bəlalar, onun istifadəçilərinin qarşılaşdığı faciələr barədə ətraflı məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və maarifləndirici materiallar paylanılıb.
Nəsimi rayonunun Mirəli Qaşqay küçəsindəki 24 nömrəli binada təmir bərpa işlərinə başlanılıb
Azərbaycanla Qətər arasında baytarlıq sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
İyun ayında Gənclər Təşkilatlarının Resurs Mərkəzinin imkanlarından 1950 gənc yararlanıb
“Könüllü DOST” proqramına 3 ildə 2 min 243 şəxs cəlb olunub
Vətən müharibəsi əlilləri də daxil olmaqla 24 nəfərə peşə şəhadətnamələri təqdim edilib