×
A
A
A
Sazlamalar

BSU-nun təcrübəçi tələbələri məktəbdə Müstəqillik Günü münasibətilə tədbir keçiriblər

Bakı, 27 may, AZƏRTAC

Bakı Slavyan Universitetinin (BSU) Filologiya fakültəsinin Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbdə pedaqoji təcrübədə olan IV kurs tələbələri həmin məktəbin şagirdləri ilə birlikdə 28 May - Müstəqillik Günü münasibətilə “Bir kərə yüksələn bayraq bir daha enməz!” adlı tədbir keçiriblər.
BSU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, həmçinin Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Müstəqillik Gününün tarixi haqqında məlumat verilib. Şagirdlər Vətənə, xalqa həsr olunmuş şeirlər söyləyib, “Bayraq” və “İncəlik” rəqslərini, “Cənab leytenant” və “Azərbaycan” mahnılarını ifa ediblər.
Məktəbin direktoru Nəcibə Axundova BSU-nun pedaqoji təcrübə keçən tələbələrinin fəaliyyətindən razı qaldığını bildirib və buna görə universitetin rəhbərliyinə təşəkkür edib.
Sonda məktəbin ictimai həyatında fəal iştirak etdiklərinə görə tələbələrə tərifnamələr verilib.

Elm və təhsil 2022-05-27 11:48:00