Qadın güləşi üzrə yığmamız Qazaxıstanda təlim-məşq toplanışını davam etdirir
Bakı, 27 may, AZƏRTAC
Qadın güləşi üzrə yığmamız Qazaxıstanın Almatı şəhərində təlim-məşq toplanışını davam etdirir.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, mayın 17-dən yerli komanda ilə birgə hazırlıq keçən millimizin heyətində 8 güləşçi yer alıb. Baş məşqçi əvəzi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında hazırlıq prosesində Türkan Nəsirova, Şəhanə Nəzərova (hər ikisi 50 kq), Leyla Qurbanova, Tatyana Varansova (hər ikisi 53 kq), Alyona Kolesnik (59 kq), Jalə Əliyeva, Tatyana Omelçenko (hər ikisi 62 kq) və Elis Manolova (65 kq) iştirak edirlər.
İyunun 1-dək davam edəcək toplanışda həm fiziki, həm də taktiki-texniki çalışmalara yer verilib.
Qeyd edək ki, millimiz toplanış başa çatdıqdan sonra iyunun 2-dən 5-dək Almatıda keçiriləcək Bolat Turlıxanov kuboku yarışında iştirak edəcək. Bu yarış həm də ilin ikinci reytinq turniri statusunu daşıyır.
İsrailli məşqçi: Milli Gimnastika Arenasında məşq etmək xoşumuza gəlir
“Barselona”nın ev oyunlarını keçirdiyi “Kamp Nou” stadionunun adı dəyişdirilib
Qadın güləşçilərimiz iki rekorda imza atıblar
Basketbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib
Azərbaycan güləşçisi Birgül Soltanova U-20 Avropa çempionatında qızıl medal qazanıb