AFFA-nın təsis olunmasının 30 illik yubileyi münasibətilə Gəncədə futbol festivalı keçirilib
Bakı, 27 may, AZƏRTAC
AFFA-nın təsis olunmasının 30 illik yubileyi münasibətilə Gəncədə futbol festivalı keçirilib.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən festivalda 11-12 yaşlı uşaqların iştirakı ilə minifutbol turniri təşkil olunub.
Turnirdə iştirak edən komandaların hər bir üzvünə AFFA tərəfindən hədiyyələr verilib. Tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev, Reginal Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov və futbol ictimaiyyətinin nümayəndələri iştirak edib.
İraq millisinin 19 yaşlı üzvü "Mançester Yunayted" klubu ilə yeni müqavilə imzalayıb
Basketbol üzrə milli komandamız Avropa çempionatında ilk oyununu keçirib
"Liverpul"un hücumçusu Takumi Minamino "Monako"ya keçib
Azərbaycan çempionu "Murov" Xorvatiyanın “Kitro Varazdin” klubu ilə qarşılaşacaq
Güləşçimiz Qurban Qurbanov U-20 Avropa çempionatının finalına yüksəlib