×
A
A
A
Sazlamalar

Gəncə və Xaçmazda baş vermiş yol qəzalarında iki nəfər ölüb

Bakı, 27 may, AZƏRTAC

Gəncə və Xaçmazda baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində iki nəfər ölüb.
Daxili İşlər Nazirlıyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 26-da saat 15 radələrində Gəncə şəhərinin Atatürk prospektində Göygöl rayon sakini B.Bağırov idarə etdiyi “İveco” markalı avtobusla yolu keçən 50-55 yaşlı kişini vurub. Hadisə nəticəsində xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Mayın 27-də saat 4 radələrində isə Xaçmaz rayonunun Ləcət kəndi ərazisində rayon sakini A.Dadaşov sürdüyü “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini Elçin Qədiyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

 

 

Hadisə 2022-05-27 11:17:00