×
A
A
A
Sazlamalar

“Little YARAT” proqramı çərçivəsində növbəti ustad dərsi

Bakı, 27 may, AZƏRTAC

YARAT Müasir İncəsənət Məkanının uşaqlar üçün təşkil etdiyi “Little YARAT” proqramının növbəti ustad dərsi mayın 29-da keçiriləcək.
AZƏRTAC xəbər verir ki, budəfəki dərslər Günel Ravilovanın rəhbərliyi ilə “Puantilizm” mövzusuna həsr olunacaq.
Xatırladaq ki, ustad dərsləri Rəngkarlıq Muzeyində təşkil edilir.

Mədəniyyət 2022-05-27 11:02:00